“Gücsüzlərin gücü” Azərbaycan dilində
“Gücsüzlərin gücü” əsəri gənc fəal Rəşadət Axundovun rəhbərlik etdiyi könüllüllər qrupu tərəfindən Azərbaycan dilinə tərcümə edilib və Azad Fikir Universiteti tərəfindən isə nəşr olunub. Tərcümə və nəşr Havelin şəxsi xeyir-duası və onun naşirlərinin rəsmi icazəsi ilə həyata keçirlib. Kitabın təqdimat mərasimini açıq elan edən Rəşadət Axundov bu təşəbbüsün necə meydana gəlməsindən, kitabın hazırlanması prosesindən iştirakşılara ətraflı söhbət açdı. Kitabın ərsəyə gəlməsində roluna görə Emin Millinin rolundan danışdı.
Tədbirə yekun vuran Rəşadət Axundov belə vətəndaş təşəbbüslərinin hələ çox olacağını, yeni-yeni kitabların tərcümə ediləcəyini xəbər verdi və hər kəsi bu könüllülər qrupuna qoşulmağa çağırdı. Sonda kitabın nüsxələri tədbir iştirakçıları arasında paylanıldı. Kitabın elektron versiyasını oxumaq üçün bu linkə keçin. |
Popular lectures
Facebook-da fəaliyyət |