Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarıAzad Fikir Universitetində növbəti interaktiv mühazirəsi noyabrın 30-u “Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarları” mövzusunda keçirildi. Mühazirədə spiker qismində hüquqşünas Günel Quliyeva çıxış edirdi. • Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv oldu. 2002-ci ildə Avropa İnsan Haqqları bəyannaməsi Milli Məclisdə ratifikasiya olundu və həmin ildə Azərbaycan Respublikasının vətəndaşları hər hansı bir hüquq pozuntuları barəsində müraciət etmək hüququnu qazandı. • Müzakirə olunan işlər: Yaşamaq Hüququnun pozulması (M1): Mikayıl Məmmədovun işi; Pis rəftar və işgəncə (M3): Sərdar Cəlaloğlu, Əlikram Hümbətov və s; Ədalətli Məhkəmə hüququnun pozulması (M6): Famin Hacıyev, Tarverdiyev və s; Azadlıq Hüququnun pozulması (M5): Şaiq Qarayev, Eldar Salayev, Fərhad Əliyev, Akif Muradverdiyev; İfadə Azadlığı hüququnun pozulması - Eynulla Fətullayevin işi. Mühazirənin podkastı:
Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq. |
Popular lectures
Facebook-da fəaliyyət |