Azad Fikir Universitetii 1 mart tarixində özünün növbəti interaktiv mühazirəsini həyata keçirdi. Gələcəyin iş yerləri mövzusuna həsr olunmuş tədbirin spikeri iqtisadçı, Resbublikaçı Alternativ Hərəkatının baş katibi Natiq Cəfərli idi.
Azad Fikir Universitetinin növbəti mühazirəsi fevral ayının 28-i "Azərbaycanın dövlət borcları" mövzusunda təşkil edildi. Budəfəli mühazirənin spikeri Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl oldu.
Fevralın 23-ü 2012-ci il tarixində Azad Fikir Universitetində bəstəkar və kulturoloq Firudin Allahverdinin təqdimatında "Adət-ənənələr necə dəyişir" mövzusunda interaktiv mühazirə keçirildi. Mühazirə zamanı spiker aşağıdakı məqamlara toxundu.
22 fevral tarixində Azad Fikir Universiteti AzBookNet şəbəkəsi ilə bərabər Mehriban Vəzirin təqdimatında Həmidə xanım Cavanşirin "Xatirələrim" kitabının müzakirəsini təşkil etdi.
Fevrali ayının 21-i Azad Fikir Universitetində Seçkilərin Monitorinqi və Demokratiyanı Öyrənmə Mərkəzinin rəhbəri Anar Məmmədlinin təqdimatında "Müstəqillik dövründə Azərbaycanda gənclər hərəkatları" mövzusunda interaktiv mühazirə keçirilmişdir.
Azad Fikir Universitetinin 16 fevral tarixində keçirilən mühazirəsinin qonağı tanınmış hüquqşünas Ekrin Qədirli idi. Erkin bəy AFU auditoriyası qarşısında bu dəfə "Siyasi kimlik və siyasi məna" mövzusu ilə çıxdı.
Fevral ayının 14-ü Azad Fikir Universitetində tanınmış tarixçi, BDU-nun müəllimi Altay Göyüşovun təqdimatında "XX əsrin əvvəli Azərbaycan olan siyasi fikir" mövzusunda çıxış etdi.
Azad Fikir Universitetinin ən tanınmış mühazirəçilərindən biri olan professor Rəhman Bədəlov 7 fevral tarixində auditoriyamızın qarşısnda "Azərbaycan - yeniyetmə cəmiyyət kimi" mövzusunda təqdimat etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günü tarixində Azad Fikir Universitetinin dinləyiciləri professor Cəmil Həsənli "Rəsulzadə və Azərbaycan Cümhuriyyəti" mövzusunda mühazirə dinləmək imkanı əldə etdilər.
Azad Fikir Universitetinin növbəti mühazirəsinin mövzusu "Münaqişələrin həllində xalq diplomatiyası" idi. Tanınmış bloqçu, regional məsələlər üzrə təhlilçi Arzu Qeybulla bu mövzuda AFU dinləyiciləri qarşısında təqdimat ilə çıxış etdi.