|

Vüqar Salamlı
Layihə Rəhbəri
1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə təhsil almışdır. 2007-2011-ci illərdə "BP Azərbaycan" və "Procter&Gamble" şirkətlərində çalışıb.
OL! Gənclər Hərəkatının həmtəsisçisidir. 2006-2011-ci illər ərzində hərəkatın İcraçı Direktoru vəzifəsini həyata keçirmişdir.
2009-cu ildən etibarən Azad Fikir Universiteti layihəsinin rəhbəridir. Hal-hazırda Hubert Humphrey təqaüd proqramı ilə ABŞ-ın Sietl şəhərindəki "University of Washington"da Qeyri-gəlir Təşkilatlarının İdarəedilməsi istiqaməti üzrə təhsil alır.
|

Adnan Hacızadə
Layihə Koordinatoru
1983-cü ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə ABŞ-ın Riçmond Universitetinin Siyasətşünaslıq ixtisası üzrə üzrə bakalavr dərəcəsinə yiyələnib. Bakıya qayıtdıqdan sonra 2007-ci ildə Xəzər Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirir. OL! Gənclər Hərəkatının həmtəsisçisi, Xarici Əlaqələr üzrə Koordinatorudur. Amerikanın Səsi radiosunda və ATƏT-in uzun müddətli seçki müşahidəsi missiyasında çalışmışdır. 2006-cı ildən etibarən "BP Azərbaycan" şirkətində çalışır. FSA/FLEX proqramının məzunudur.
2011-ci ilin yanvarından Azad Fikir Universitetinin koordinatorudur.
|

Əli Novruzov
Layihə Koordinatoru
1985-ci ildə Bakıda anadan olub, beynəlxalq münasibətlər üzrə BDU-da bakalavr, İdarəçilik Akademiyasında magistr dərəcəsi alıb. 2008-ci ildən yeni media sahəsində fəaliyyət göstərir. Azərbaycan və ingilis dillərində bloq yazır, eyni zamanda bloqçuluq və yeni media üzrə təlimlər və konsultasiyalar verir. Azərbaycan Media Mərkəzində kommunikasiyalar və yeni media üzrə mütəxəssis qismində çalışıb. Global Voices Online və Frontline Club üçün yazılar yazıb. Avropa İctimai Yayımçılar İttifaqının Baş Assambleyasının 60-cı, yubiley sessiyasında Azərbaycanda ifadə azadlığına dair panelin məruzəçisi olub.
|

Zöhrab Hüseynov
Layihə Koordinatoru
1989-cu ildə Bakıda anadan olub. 2006-2007-ci illərdə FSA/FLEX mübadilə programı ilə ABŞ-da təhsil alıb. Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasında Neft-Mexanika Fakultəsinin 4-cü kursunda oxuyur. Bir müddət Amerika Məzunlar Assosiasiyasında çalışmışdır. 2011-ci ildən Azad Fikir Universitetində koordinator kimi çalışır.
|
|

Mirəfqan Sultanov
Operator və Montajçı
1982-ci ildə Saatlı şəhərində anadan olub. 1989-2000-ci illərdə Saatlı şəhəri M.Əzizbəyov adına 2 saylı orta məktəbdə orta təhsil alıb. 2000-2005-ci illərdə Xəzər Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə ali təhsil almışdır. 2003-cü ildən Qrafik dizayn və video montaj sahəsində çalışır. 2009-cu ildən Azad Fikir Universiteti ilə əməkdaşlıq edir.
|

Rüfət Ağayev
Vebmaster
1981-də İsmayıllı şəhərində anadan olub. 1998-99-cu illərdə FSA/FLEX mübadilə programı ilə ABŞ-da təhsil alıb. Elə orada məktəb layihəsi çərçivəsində ilk vebsaytını qurub. Gürcüstan Dövlət Universitetini Beynəlxalq İqtisadi Münasibətlət ixtiası üzrə bitirib. 20-dən artıq vebsaytın və elektron layihələrin müəllifidir. Müstəqil veb və marketinq üzrə məsləhətçidi.
|

Ülviyyə Həsən
Könüllü
1988-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-2011-ci illərdə Bakı Dövlət Universitetin hüquq fakultəsində təhsil alıb. 2008-2010 illərdə müxtəlif yerli və beynalxalq təşkilatlarda könüllü kimi çalışıb. 2010-ci ildə Oslo Dövlət Universitetində İnsan Hüquqları proqramını bitirib. 2010-2011-ci illərdə Hüquq Maarifçiliyi Cəmiyyətində hüquqşünas kimi çalışıb. Hal-hazırda BMT QAKın və Azərbaycan Miqrasiya Mərkəzinin birgə lahiyəsində hüquqşünas kimi çalışır. |

Mehman Hüseynov
Fotoqraf
Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakultəsində təhsil alır. 2007-ci ildən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda çalışır. Müxtəlif yerli və beynəlxalq layihələrlə əməkdaşlıq edir.
|