Joomla ServiceBest Web HostingWeb Hosting
 

Vebsəhifəmiz MilliNet 2011-in qalibi oldu

Azad Fikir Universitetinin İnternet səhifəsi MilliNet 2011 – Azərbaycanın mötəbər milli İnternet mükafatın “Elm və Təhsil” nominasiyasında qalibi olub. Qaliblərin adı 23 dekabr tarixdə Ambassodor otelində keçirilən təqdimat mərasimində açıqlanıb.

Azərbaycan İnternetində uğurlu layihələri müəyyən etmək və yerli vebsaytlara dəstək olmaq məqsədi daşıyan MilliNet mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilib.

Bu il mükafata həm də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Delta Telekom və Azercell şirkətl dəstək verib. Azad Fikir Universitetinin qatıldığı “Elm və Təhsil” nominasiyasında ikinci yerin sahibi Alunatpro.de, üçüncü yerin sahibi isə Agsuexpedition.org saytları olub.

Azad Fikir Universitetinin İnternet səhifəsi 2009-cu ildə MilliNet müsabiqəsində ikinci yerə layiq görülüb, 2010-cu ildə isə ABŞ-ın ATƏT-dəki Daimi Nümayəndəliyinin İnternetdə Söz Azadlığına görə Mükafatını alıb.

 

Facebook-da fəaliyyət