Noyabrın 5-i Azad Fikir Universitetində “Fikir Sexi” kitabının təqdimatı keçirilib. “Fikir Sexi” kitabında dünyanın ən məşhur şəxslərinin – yazıçıların, rejissorların, aktyorların, fikir adamlarının, müğənnilərin, idmançıların, siyasi xadimlərin və digərlərinin maraqlı 70-ə yaxın müsahibəsi toplanıb. Kitabın tərcüməçiləri Türkan Hüseynova, Nərmin Mirzəyeva, Nicat Məmmədbəyov,Turxan Qarışqa, Cavid Ramazanov və Samira Nəcəfdir. Kitabın redaktoru isə Cavid Ramazanovdur. Kitab şəhərin bütün kitab mağazalarında satılır.