Azad Fikir Universiteti fəal gəncləri və tələbələri 22-25 mart tarixlərində keçiriləcək Yeni Media təlim kursuna dəvət edir.
4 bütöv günlük təlim kursu ərzində iştirakçılar yeni və
sosial media, eləcə də digər İnternet alətləri ilə daha
yaxından tanışlıq, onlardan səmərəli istifadə haqqına
ətraflı məlumat alacaqlar.
Kurs zamanı aşağıdakı mövzularda təlim və seminarlar olacaq:
- QHT fəalları üçün yeni alətlər;
- Jurnalistlər üçün yeni alətlər;
- Onlayn nəşr üçün yazı qaydaları;
- Kiçik ölkələrdə Yeni Media, Qafqaz Yeni Mediası;
- Azərbaycanda Yeni Media imkanları və problemləri;
- Veb strategiya;
- Onlayn tədbirlər, onlayn konfranslar və e-iştirak;
- Tədbirlər, onlayn təşkilatçılığın nümunələri;
- Yeni Mediada sonuncu trendlər;
- Onlayn marketinq;
- Elektron kampaniyaların aparılması və jurnalistlər üçün mobil alətlər;
- İnformasiya mədəniyyəti. Gizlilik (privacy) problemləri
Təlimçi: Emin Hüseynzadə, "Transitions Online" təşkilatının Qafqaz üzrə layihə meneceri
Təlim kursunda iştirak etmək istəyənlər öz CV-lərini
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 13 mart, 2011.
Tələsin, yerlərin sayı məhduddur. Yalnız 25 nəfər bu kursda iştirak etmək hüququ qazanacaq.