Joomla ServiceBest Web HostingWeb Hosting
 

AFU Internet Azadlığı üzrə Mükafata layiq görülüb

 27 noyabr 2010-cu il tarixində ABŞ-ın ATƏT-dəki Missiyası Azad Fikir Universitetini İnternetdə İfadə Azadlığı üzrə ABŞ/ATƏT Mükafatına layiq görüb.

ABŞ-ın Dövlət Katibi Hillari Rodham Klintonun internetdə ifadə azadlığına verdiyi diqqəti əsas tutaraq, ABŞ-ın ATƏT-dəki Missiyası internetdən əhəmiyyətli məsələlər üçün dayanıqlı və novator tərzdə istifadə edən, xüsusilə də demokratik islahatlar, vətəndaş cəmiyyəti, müstəqil media, insan haqları yaxud qanunun aliliyi kimi insan ölçüləri üzrə ATƏT-in prinsiplərinə təkan verən fərd və ya qeyri-hökumət təşkilatının (QHT) nailiyyətlərini təqdir edir.

ABŞ –ın ATƏT-dəki Nümayəndəsi Səfir Yan Kelli Kazaxıstanın Astana şəhərində keçirilən ATƏT-in İcmal Konfransının sessiyasında noyabrın 27-də bu mükafatı Azad Fikir Universitetinin nümayəndəsi Vüqar Salamlıya təqdim edib.

Azad Fikir Universiteti həftədə iki dəfə keçirilən mühazirə və debatlar üçün fiziki məkan rolunda çıxış etməklə yanaşı, həm də demokratikləşdirmə, insan hüquqları, media azadlığına dair müzakirələri davam etdirmək, debatların keçirilməsinə həvəsləndirmək üçün vizual məkan kimi mövcuddur.

Azad Fikir Universiteti həm də digər maraqlı tərəfləri ifadə və debat azadlığı üçün məkanla təmin edir.

 

Facebook-da fəaliyyət