Joomla ServiceBest Web HostingWeb Hosting
 

İnsan Hüquqları Gününə həsr olunmuş tədbir

Azad Fikir Universiteti Böyük Britaniya səfirliyinin dəstəyi ilə 10 Dekabr İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirdi. Tədbirdə Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı iki panel müzakirəsi və qısametrajlı filmlərin nümayişi oldu.

İlk olaraq bloqqer Emin Milli ilə Skype bağlantısı oldu. Emin İnternet və sosial medianın insan hüquq və azadlıqlarının müdafiəsi və təbliğində rolu çıxışı ilə bağlı fikirlərini paylaşdı. Sonra Britaniya Xarici İşlər Naziri Vilyam Heyqin (William Hague) video müraciəti və Beynəlxalq Amnistiya təşkilatının (Amnesty International) Azərbaycanla bağlı videoçarxlarının nümayiş olundu. Bundan sonra panel müzakirələri başlandı.

İlk panelin “İnternet, media və insan hüquqları” mövzusu ətrafında idi. Panelin çıxışçıları tanınmış jurnalist Xədicə İsmayıl, "Yeni Nəsil" jurnalistlər birliyinin sədri Arif Əliyev və media hüququ üzrə ekspert Rəşid Hacılının idilər. Yeni Media eksperti İlqar Mirzə isə mövzu ilə bağlı müzakirələrə öz baxışını əlavə etdi.

 

İkinci panelin mövzsu isə “Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti: problemlər və çıxış yolları” idi. Bu paneldə çıxışçı qismində politoloq Leyla Əliyeva, millət vəkili Gültəkin Hacıyeva, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl və Norveç İnsan Hüquqları Evinin Azərbaycandakı rəhbəri Vüqar Qocayev idilər.

Tədbirin podkastları:

Birinci panel:

Ikinci panel:

 

Tədbirdən fotolar


Facebook-da fəaliyyət