Joomla ServiceBest Web HostingWeb Hosting
 

Liberalizmin tarixi kökləri və azadlıq düşüncəsi

Azad Fikir Universiteti 1 dekabr tarixində tarixçi Əsgər Möhsümoğlu və politoloq Rəşad Şirinin təqdimatında "Liberalizmin tarixi kökləri və Azərbaycanda azadlıq düşüncəsi" mövzusunda tədbir təşkil etdi. Tədbir ilk olaraq Əsgər Möhsümoğlu Anqlo-sakson liberalizminin tarixi kökləri haqqında təqdimatla başladı.

Amerikanın Səsi Radiosunun əməkdaşı olan Əsgər bəy tədbirə Skype vasitəsi ilə Vaşinqton şəhərindən qoşulmuşdu. Öz çıxışında O anqlo-sakson Liberalizmin qurulmasının “yaxşı insanlar” tərəfindən yox daha çox öz haqqlarını tələb edən güc sahibləri tərəfindən baş verdiyini vurğuladı. Rəşad Şirin isə öz növbəsində auditoriya ilə Azərbaycanda azadlıq düşüncəsi yayılması və azadlıq ənənəsi haqqında fikirlərini paylaşdı.

Mühazirənin podkastı:

Bu mühazirə haqqında fikirləriniz bizə çox maraqlıdır və AFU mühazirələrinin keyfiyyətinin artırılmasına yardım olacaq.
Sorğu sizin cəmi 30 saniyə vaxtınızı alacaq. Təşəkkür edirik.

SORĞUDA İŞTİRAK ETMƏK ÜÇÜN BURA DAXİL OLUN


Rəşad Şirinin AFU-da oxuduğu digər mühazirələri dinləmək üçün aşağıdakı linklərə klik edin:

 

Spikerlər haqqında

Əsgər Möhsümoğlu. St. Olaf Kollecində siyasi elmlər üzrə bakalavr, Stanford Universitetində Rusiya və Şərqi Avropa Araşdırmaları üzrə magistr dərəcəsi alıb. Avropa ABŞ tarixi üzrə ixtisaslaşan Möhsümoğlu tarix elməri doktoru dərəcəsini Maryland Universitetindən alıb. ABŞ boyu müxtəlif universitetlərdə geniş mühazirəçilik təcrübəsi qazanan Möhsümoğlu George Washington Universitetində qonaq mühazirəçisidir. Amerika mətbuatında beynəlxalq münasibətlər və tarixi mövzularda məqalələr yazır.

Rəşad Şirin. 1978-ci ildə Bakıda anadan olub. Baki Dövlət Universitetindən məzun olduqdan sonra Türkiyənin Boğaziçi Universitetində Siyasət ve Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi alıb. Azərbaycanda vətəndaş cəmiyyəti, demokratikləşmə, beynəlxalq siyasət sahələrinde işləyib. Rəşad Şirin Azad Düşüncələr Assosiasiyasının fəal üzvü, təşkilatın qurucusu və Azadlıq Çırağı saytının yazarlarındandır.

Tədbirdən fotolar


Facebook-da fəaliyyət