Joomla ServiceBest Web HostingWeb Hosting
 

İlqar Safatın “Sahə” filminin nümayişi

Dekabrın 18-i Azad Fikir Universiteti Cineline ilə birlikdə növbəti Kino Axşamını keçirdi. Nümayiş olunan film İlqar Safatın “Sahə” filmidir. Dram janrında olan film məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis sahəsinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir.

Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu sahədən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır. Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir. Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilib.

2010-cu ildə Azərbaycandan 83-cü Oskar mükafatının “Xarici dildə ən yaxşı filmə görə” nominasiyasına göndərilib. Baş rolun ifaçısı Timur Oduşev 2010-cu ildə Oskar mükafatının 32-ci “Hollivudun Gənc İstedadları” mükafatına (32nd Young Artist Awards) layiq görülüb.

http://cineline.az

 

Facebook-da fəaliyyət