Azad Fikir Universiteti nədir?
Azad Fikir Universiteti gənclər və tələbələr üçün alternativ bir təhsil və müzakirə məkanıdır. Bizim məqsədimiz gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir.
Azad Fikir Universitetini kim təşkil edir?
Azad Fikir Universiteti OL! Azərbaycan Gənclər Hərəkatının layihəsidir. OL! hərəkatı Azərbaycanın hərtərəfli və sürətli tərəqqisi naminə çalışan gənclərin birliyidir. OL! demokratik dəyərləri, tolerantlığı, müasirliyi, qeyri-zorakılığı, maarifçiliyi təbliğ edir.
Azad Fikir Universiteti necə maliyyələşir?
Azad Fikir Universiteti ABŞ-ın Demokratiya naminə Milli Fondundan (NED) və ABŞ İnkişaf Agentliyindən (USAID) maliyyələşir. ABŞ Səfirliyinin Demokratiya Komissiyası və ABŞ-ın German Marshall fondu da layihənin donorlarından olub.
Azad Fikir Universiteti harada yerləşir?
Azad Fikir Universiteti 28 May metrosu yaxınlığında, Süleyman Rəhimov 183 ünvanında, Diplomat otelə bitişik binanın ikinci mərtəbəsində yerləşir.
Azad Fikir Universitetində hansı tədbirlər keçirilir?
Azad Fikir Universitetində iqtisadi, sosial, mədəni, beynəlxalq-siyasi mövzular ətrafında müxtəlif interaktiv mühazirələr, təlimlər və təqdimatlar keçirilir.
Azad Fikir Universitetinin tədbirləri barədə necə məlumat almaq olar?
Azad Fikir Universitetinin tədbirləri barədə mütəmadi olaraq məlumatlanmaq üçün bizim Facebook səhifəmizə və Facebook qrupumuza qoşulmaq məsləhət görülür – burada hər bir tədbir haqqında öncədən anonslar gedir.
Azad Fikir Universitetinin tədbirlərində kimlər iştirak edə bilər?
Azad Fikir Universitetinin tədbirləri bütün tələbələrə və digər gənclərə açıqdır. Maraqlanan dostlarınızı, ailə üzvlərinizi də özünüzlə gətirə bilərsiniz.